Ali Məhkəmənin inzibati kollegiyası xaricdə alınan bakalavr diplomunun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar vermişdir.
Qərarda aşağıdakılar qeyd edilmişdir:
1. Xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Bu standartlar təhsil alınan ölkədə faktiki olunan müddətləri, tədris yükü və yerinə yetirilməsi qaydasına dair tələbləri də nəzərdə tutur.
2. Təhsil formaları kimi qiyabi və distant təhsili fərqləndirilməli, xaricdə alınan qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır.
3. Azərbaycan Respublikasında bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, və müəyyən müddətlərdə auditoriya dərslərində iştirak tələb olunur. Bu halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili ölkəmizdəki əsas standartlara uyğun olmalıdır.
4. Xaricdə distant təhsil yolverilən olsa da, alınmış qiyabi bakalavriat təhsili Azərbaycandakı əsas standartlara uyğun olmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada təhsil üçün tələb kimi müəyyən edir.