Qeyd etmək lazımdır ki, komandamız Azərbaycan Respublikasında strateji inkişaf sektorları üzrə qabaqcıl layihələrdə müştərilərə məsləhət vermək sahəsində dərin təcrübəyə malikdir. Bu kontekstdə hüquqşünaslarımız:
Beynəlxalq və yerli şirkətləri gömrük, reklam və ədalətsiz rəqabət məsələlərini əhatə edən riskli mübahisələrdə təmsil etmişlər.
Startaplara və kiçik və orta sahibkarlıq subyektlərinə strukturlaşdırma, komplayens və investisiya cəlbi məsələlərində dəstək göstərmiş, o cümlədən inkişaf etməkdə olan texnologiya sektorları üçün abunə əsaslı hüquqi xidmətlər təqdim etmişlər.
Səfirliklərə, beynəlxalq təşkilatlara və QHT-lərə tərəfdaşlıq sazişləri, idarəetmə, komplayend və layihə menecmenti sahələrində, o cümlədən diaspor fəaliyyəti ilə bağlı təşəbbüslərdə məsləhət vermişlər.
Azərbaycan Respublikasında ilk dövlət-özəl tərəfdaşlıqları da daxil olmaqla, əsas infrastruktur və nəqliyyat layihələrində, lisenziyalaşdırma və satınalma proseslərində iştirak etmişlər.
Korporativ yenidən təşkilatlanmalar, birləşmələr, birgə müəssisələr və transsərhəd əməliyyatlar üzrə, o cümlədən Dubay və Almaniyada müəssisələrin yaradılması ilə bağlı hüquqi məsləhətlər vermişlər.
Mədəni və sosial qurumlara komplayens və qrant məsələləri üzrə dəstək göstərmiş, o cümlədən Film Muzeyinin uğurlu qeydiyyatını təmin etmişlər.
BM Morrison Partners MMC-nin Azərbaycan üzrə partnyoru qismində çıxış edərək tənzimləyici və əməliyyat komplayensi üzrə autsorsinq dəstəyi göstərmişlər.
Bizim təcrübəmiz mürəkkəb və daim dəyişən tənzimləyici normalar üzrə müştərilərə məsləhət verməyə, uyğunluğu təmin edən, riskləri azaldan və transformativ inkişafı dəstəkləyən individual hüquqi həllər təqdim etməyə əsaslanır.