SME Fisher & Gross yerli bazarda on ildən artıq təcrübəsi olan və beynəlxalq hüquqi standardları rəhbər tutan öncül alman-azərbaycan şirkətidir. 2009-cu ildə kiçik və orta biznes subyektlərinə hüquqi dəstək verilməsi üçün qurulmuş, həmin dövrdən indiyə kimi hərtərəfli xidmət göstərən, Avropa dəqiqliyini qlobal əhatə ilə birləşdirən hüquq şirkətinə çevrilmişdir.
Fisher Gross MMC ilə strateji tərəfdaşlığımız vasitəsilə qürurla yerli və beynəlxalq təcrübəmizi alman hüquqi keyfiyyəti ilə müştərilərə təqdim edir, onlara etibarlı, innovativ və qlobal rəqabətə davamlı həllər təklif edirik.
Biz uğurumuzu sizin uğurunuzla ölçürük. İstər inkişaf edən bir startap, istərsə də qlobal bir şirkət olun, biz biznesinizin təhlükəsiz, səmərəli və tamamilə qanunauyğun şəkildə fəaliyyət göstərməsini təmin edirik.
Biz inanırıq ki, ən kiçik biznes belə yüksək səviyyəli hüquqi dəstəyə layiqdir. Bu məqsədlə, kiçik və orta bizneslər üçün həm münasib, həm də keyfiyyətli hüquqi xidmətlər təqdim edirik.
Hüquqşünaslarımız hər bir işə eyni səviyyədə qayğı və məsuliyyətlə yanaşırlar. Miqyasından asılı olmayaraq, hər bir tapşırıq yüksək peşəkarlıqla və bütün detallara diqqət göstərilməklə yerinə yetirilir.